LNG ilə çalışmaq üçün təkmilləşdirilmiş ilk konteyner gəmisi istifadəyə verilib

42

LNG ilə çalışmaq üçün təkmilləşdirilmiş dünyanın ilk konteyner gəmisi  “Brussels Express” Hamburq limanına gəlib.

“Seanews.az” xəbər verir ki, 15 min TEU-luq üzən vasitə ötən ilin sentyabrında Çinin gəmiqayırma zavodunda yeni avadanlıqlarla təchiz edilib.

“Hapag-Lloyd” şirkətinə məxsus gəmi LNG ilə yanaşı, tərkibində az kükürd olan mazutla çalışır. 

“Brussels Express”in  tamamilə LNG texnologiyalara keçidi yaxın müddətdə planlaşdırılır. Asiya və Şimali Avropa marşrutu üzrə istismar edilən konteyner gəmisi səyahət ərzində iki dəfə – Sinqapurda və Rotterdamda yanacaqla təmin ediləcək.