Xəzəri çirkləndirən müəssisələrin sayı AÇIQLANDI

43

“Xəzər dənizində neft hasilatı ilə məşğul olan şirkətlər dənizi çirkləndirir”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, ötən il ərzində yol verdiyi pozuntuların ətrafa mühitə təsirinin aradan qaldırılması üçün neft-qaz hasilatı ilə məşğul olan 34 adda müəssisəyə 459 min manat cərimə tətbiq edilib.

O qeyd edib ki, dəymiş ziyan artıq ödənilib.