Avropada havaların dəyişkənliyi, habelə Norveçdən qaz tədarükünün azalması ilə təbii qaz bazarında qiymətlər son üç ilin maksimum həddinə çatıb.
“Report” xəbər verir ki, Niderlanddakı TTF onlayn satış mərkəzində qazın bu günkü fyüçersləri 6 % artaraq 357 USD/1000 kubmetrdən satılıb ki, bu da 2018-ci ilin mart ayından bu yana ən yüksək rəqəmdir. Həmin vaxt regionda havaların kəskin soyuması nəticəsində TTF-də qaz 969 USD/1000 kubmetrə, Böyük Britaniyanın NBP mərkəzində isə hətta 1 227 USD/1000 kubmetrə çatmışdı.
Bu ilin ötən dövründə TTF-də “ertəsi gün” fyüçersinin orta qiyməti 257 USD/1000 kubmetr təşkil edir.