Türkiyədə yeni liman açılıb

53

Türkiyənin şimalındakı Zonquldağ vilayətinin Çaycümə bölgəsində “Filios” adlı yeni limanın açılış mərasimi baş tutub.

“Seanews.az” xəbər verir ki, yeni inşa edilməsinə baxmayaraq, Türkiyədə “Filios”u “150 yaşlı liman” adlandırırlar. Belə ki, limanın layihəsinin tarixi Osmanlı İmperiyası və Sultan II Əbdülhəmid dövründən başlayır.

Türkiyə hökuməti Filios limanını çoxfunksiyalı dərin su nəqliyyatı mərkəzinə çevirməyi planlaşdırır. 

Yeni liman 13 müxtəlif tipli gəmi ilə yanaşı, 25 milyon tona qədər yükü də qəbul edə biləcək.