“İdel” gəmiçilik şirkətinin rəhbərliyi, inşa olunan yeni quru yük gəmisinə Dəniz Mühəndisliyi Bürosunun qurucusu və baş direktoru Gennadi Yeqorovun adını verməyə qərar verib.
“Seanews.az” xəbər verir ki, Gennadi Vyaçeslavoviç Yeqorov bu il mayın 30-da, ömrünün 55-ci ilində vəfat edib.
İnşa edilməkdə olan yeni gəmi Beynəlxalq Dəniz Təşkilatının (İMO) ekoloji tələblərinə uyğun layihələndirilib.
Üzən vasitənin təməli cari il may ayının 25-də “Oka” gəmiqayırma zavodunda qoyulub.
Dövlət Lizinq Nəqliyyat Şirkətinin sifariş etdiyi gəmi “İdel” gəmiçilik şirkəti tərəfindən istismar ediləcək.