ASCO-nun əməkdaşları beynəlxalq sertifikat əldə ediblər

38

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi -İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı  Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlara kömək göstərmək məqsədilə İSO  standartları əsasında davamlı olaraq onlayn formatda təlimlərin keçirilməsini təşkil edir.

Belə ki, Institut ölkədə ayrı-ayrı sahələrdə işləyən mütəxəssislərin peşəkarlığını və səriştəliliyini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq üçün təlimlərin canlı keçirilməsi mümkün olmadığından, bu təlimlərin onlayn formatda keçirilməsini planlaşdırılmış və 01-05 fevral 2021-ci il tarixlərində “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” mövzusu üzrə, 08-12 fevral 2021-ci il tarixlərində isə  İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” mövzusu üzrə təlimin keçirilməsini təşkil edib.

Təlimlərin nəticəsinə əsasən keçirilmiş testlərdə müsbət nəticə göstərmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnformasiya texnologiyları departamentinin əməkdaşları Emil Babayev, Vüqar Mahmudov və Hüseyn Əliyevə sertifikat təqdim edilib.

seanews.az