Gəmidə koronavirusa yoluxma halı baş verib

55

“ALİS” adlı quru yük gəmisinin bir heyət üzvü koronavirusdan həyatını itirib.

“Seanews.az” xəbər verir ki, heyətin daha iki üzvü özlərini yaxşı hiss etmədikləri üçün xəstəxanaya çatdırılıb. Onların analizlərinin nəticələri pozitiv çıxıb.

Bütün heyət üzvlərindən test götürüldükdən sonra daha 5 nəfərdə koronavirus infeksiyası olduğu təsdiqlənib.

Adıçəkilən gəmi Hindistandan Avropaya (Hibraltar) səfər edirdi. Mayın 25-də Alxesirasda lövbər dayanacağına yan alıb və hazırda orada karantindədir.