Trans-Adriatik boru kəməri konsorsiumu (TAP AG) əmək mühafizəsi və təhlükəsizlik texnikası prinsiplərinə sadiq qalaraq, insanlara və ətraf mühitə ziyan vurmadan işini davam etdirəcək.
Trend-in məlumatına görə, bu barədə konsorsiumun bəyanatında deyilir.
Qeyd olunub ki, TAP həm Albaniyadakı zəlzələnin, həm də COVID-19 pandemiyasının fəsadlarının öhdəsindən uğurla gəlib
TAP-ın Albaniyadakı meneceri Malfor Nuri bildirib ki, hər cür ssenariyə hazır olmaq və bu zaman mütəxəssisləri cəlb etməklə ən səmərəli üsul və texnologiyalardan istifadə etmək lazımdır.
“Albaniyada bu tipli ilk qaz kəməri olmaqla, TAP öncül beynəlxalq təcrübə və yüksək standartlara əməl etməyə çalışır. Bu üsullar Albaniyanın gələcək qazlaşdırılması zamanı “Albgaz”, İon-Adriatik boru kəməri kimi digər şirkət və layihələr tərəfindən istifadə oluna bilər”.