TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 10%-ə yaxın artıb

45

2021-ci ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 13 623 min ton, yük dövriyyәsi isә 3 225,1 milyon ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 243,7 min ton və yaxud 14,1 % azdır.

Son 1 ildə yük dövriyyəsi isə 196,6 milyon ton-km və yaxud 5,7 % azalıb.

Hesabat dövründə yüklərin 7 581,4 min tonu və yaxud 55,7 %-i avtomobil nəqliyyatı, 4 435,3 min tonu və yaxud 32,5 %-i dəmir yolu nəqliyyatı, 1 606,3 min tonu və yaxud 11,8 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,7 %-ni və yaxud 3 229,2 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 277,9 min ton və yaxud 9,4 % çoxdur.