Bu il Azərbaycan neft məhsullarının ixracından qazancını 74 % artırıb

213

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 533 min 193,13 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 230 milyon 566,54 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 8,3 %, dəyəri isə 74,4 % çoxdur.

Bu ilin yanvar-may aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,1 % olub.