Mübariz Mənsimov “Şuşa bəyannaməsi”ndən yazdı

82

Azərbaycan və Türkiyə Prezidentlərinin bu gün Şuşa şəhərində imzaladıqarı “Şuşa bəyannaməsi” bütün Türk dünyasında böyük əks-səda doğurub. “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov bu sənədin əhəmiyyəti ilə bağlı fikirlərini paylaşıb.

 AKTUAL TV xəbər verir ki, Mənsimov sosial şəbəkədəki hesabında yazıb: “Bu gün Şuşa günü idi. Bu gün “Bir millət, iki dövlət” mühüm və tarixi sənədə imza atdi. Bu gün Azərbaycan və Türkiyə Prezidentləri yalnız regiona deyil, bütün dünyaya elə bir ismarıç göndərdilər ki, başlığı tam belədir: “Şuşa Bəyannaməsi”. Bütün dünyanın gözü bu gün Şuşada idi. Bəyannamənin mahiyyəti artıq açıqlanıb. Şanlı qələbəmizin ardınca bu imzanın atılması bizə çox yaraşırdı. Bu torpaqlar uğrunda döyüşən, şəhidlərimiz və qazilərimiz! Bu günə görə Sizlərə borcluyuq. Bu gözəl hadisənin Şuşada baş verməsi iki dövlətin, iki qardaşın birlikdə nə qədər güçlü olmasının göstəricisidir. Azərbaycan yalnız Ermənistanla deyil, həm də işğalının müttəfiqləri ilə savaşdı. Nəticədə Böyük Türklük, Qardaşlıq, Birlik şanlı qələbə qazandı! Bu tarixi zəfər hələ çox danışılacaq və yazılacaq. Odur ki, Yol verin Türkün bayrağına. Şuşalı günümüz bir daha mübarək olsun.”