Qan donorluğunun təşkilində fəal iştiraka görə ASCO-ya təşəkkür edilib

219

14 iyun – Ümumdünya Qan Donoru günü münasibətilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunun təşkilində fəal iştirakına görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) təşəkkür edib.

Xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkənlərin hər zaman davamlı qan təminatına ehtiyac var. Qan donorluğunun təşkili nəticəsində həmin xəstələrə qan və onun komponentlərinin köçürülməsi onların həyatını xilas etməyə imkan verir. Bütün bunları nəzərə alaraq ASCO ailəsi mütəmadi qanvermə aksiyalarında iştirak edir, xeyirxah işlərə töhfə verirlər.

seanews.az