14 iyun – Ümumdünya Qan Donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunun təşkilində fəal iştirakına görə Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə təşəkkür edib.
Ölkəmizdə talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunub və bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda sözügedən infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qan donorluğunun təşkili nəticəsində həmin xəstələrə qan və onun komponentlərinin köçürülməsi onların həyatını xilas etməyə imkan yaradır. Bütün bunları nəzərə alaraq, Dövlət Dəniz Agentliyinin kollektivi də mütəmadi qanvermə aksiyalarında iştirak edir və xeyirxah əməlləri ilə töhfə verirlər.

