SOCAR Türkiyədəki idarəetmə binalarında “yaşıl enerji”dən istifadə edəcək

68

Türkiyənin ən iri birbaşa xarici investoru olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki tərəmə “SOCAR Türkiyə” şirkəti karbon emissiyasını azaltmaq hədəfilə İstanbuldakı idarəetmə binalarında və bəzi təsisatlarında “yaşıl enerji”dən istifadə edəcək.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Türkiyə” şirkətinin Baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, 4 idarəetmə binası ilə birlikdə şirkətin ümumilikdə 22 binasında istifadə edilən elektrik enerjisini “yaşıl enerji”dən istifadə edilməsi ilə bağlı qərar verilib.

“2021-ci ildə İstanbuldakı baş ofisimiz də daxil bütün digər mərkəzlərimizdə istifadə edilən elektrik enerjisi ümumilikdə 14,5 milyon kVt/saat olacağı düşünüldükdə, hər il təxminən bu qədər enerjinin bərpaolunan mənbələrdən qarşılanacağını deyə bilərik”, – Z.Qəhrəmanov bildirib.