Bu şirkətlər işçi yığır: əmək haqqı 700 – 3000 manat – 26 VAKANSİYA

1297

VAKANSİYA 1

Resant Group

Mühasib

Vəzifə öhdəlikləri:

• Mühasibinin qarşısında duran əsas vəzifələr şirkət rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir;
• Mühasib şirkətin direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir;
• Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
• Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə bağlı tələblər:

• Təhsil-Ali (iqtisadiyyat, maliyyə, mühasibatlıq);
• 1C, Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
• Həmin sahədə ən azı 5 il iş təcrübəsi;
• E-qaimə fakturalarının, VHF yazılması, vergi qanunvericiliyi ilə və e-gov.az , e-taxes.gov.az proqramı ilə işləmə bacarığı;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
• Xanım namizədlərə üstünlük veriləcəkdir.

İş Şərtləri:

• İş vaxtı: həftədə 5 gün;
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
• Əmək haqqı: 700-800 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

VAKANSİYA 2

Grand-Agro LLC

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Mühasib

Əlavə məlumat

– İş yeri – Çinar Plaza
– İş qrafiki: həftənin 5 günü, saat 08:30 – 17:30 –dək
– Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
– Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vəzifə öhdəlikləri

• Pul vəsaitlərinin, mal – material ehtiyatlarının, kreditorlar üzrə əməliyyatların, əsas vəsaitlərin, azqiymətlilərin uçotunun aparılması
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edilməsində iştirak,
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Şirkətə gələn malların alış sənədləri əsasında yoxlanılıb proqrama daxil olunmasına nəzarət edilməi
• Şirkət adından ödəmə aparılarkən ödəmə sifarişlərinin və digər sənədlərin online banking sistemində hazırlanması
• E-Qaimələrin tərtib olunması və göndərilməsi
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılmasında iştirak;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak

Tələblər

• Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
• Təcrübə: Minimum 1-3 il
• Sertifikatlar: ACCA ( F2, F3,)
• Dil bilikləri: Azərbaycan Dili ,
• İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)

Texniki Bacarıqlar

• Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
• Mühasibat uçotu hesablar planı
• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
• Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı
• Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları

Səriştəlik

• Təşəbbüskarlıq və məsuliyyətlilik
• İntizamlılıq və nəticəyə köklənmə
• Açıq fikirli və problemi həll etmə bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Düzgünlük və dəqiqlik
• Detallara fikir vermə
• Prosedur və qaydalara riayət etmək

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 3

Azerbaijan Automobiles

Azerbaijan Automobiles şirkəti “Satış üzrə mütəxəssis” vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İş barədə məlumat:

• Müştərilərin qarşlanması və maraqlarının müəyyənləşdirilməsi
• Şourumda təmsil olunan brendlərin müştəriyə təqdim olunması və satışının həyata keçirilməsi;
• Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici özəl xüsusiyyətləri barədə məlumat verilməsi;
• Müştəri bazasının yaradılması və müştərilərlə düzgün iş münasibətlərinin qurulması;
• Şourumun hər zaman səliqəli, hazır olmasına nəzarət edilməsi;
• Mövcud və potensial müştərilərlə mütəmadi əlaqələrin saxlanılması.
• Bazar araşdırması həyata keçirilməsi və rəqiblərin fəaliyyətinin analiz edilməsi
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.
• Xidmət sahələri üzrə satış hədəflərini müəyyənləşdirmək və yerinə yetirilməsi;
• Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılmasını təmin etmək
• Ofis daxili nizam intizam qaydalarına əməl etməli.
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
• İş qrafiki: Həftə içi 6 gün

Namizədə tələblər:

• Satış, marketinq və ya oxşar sahədə ali təhsil arzu olunandır;
• Satış sahəsində minimum 2,3 il iş təcrübəsi (Lüks seqmentdə təcrübə üstünlükdür);
• Avtomobil satışı sahəsində iş təcrübəsinin olması arzu olunandır
• Azərbaycan və rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır ;
• MC Office proqramlarından istifadə bacarığı;
• Satış texnikası, metodlarını və müştəri psixologiyasını bilmək;
• Ambisiyalı, gülərüz, məsuliyyətli , nəticə yönümlü, müştəri yönümlü, yeniliyə və inkişafa meyilli, səbrli;
• Ünsiyyət, komandada işləmək, təqdim etmə bacarıqları
• Biznes danışıqları aparmaq bacarığı
• Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı

CV “Satış üzrə mütəxəssis” qeyd olunmaqla 25 iyun, 2021-ci il tarixinə qədər hr@haval.az ünvanına göndərilməlidi;

VAKANSİYA 4

Mazarina Trade Company

Şirkət: Mazarina Trade Company
Vakansiya: Təchizat zənciri üzrə baş mütəxəssis (manager)

Tələblər:

– Ali təhsil (Logistika üzrə arzuolunandır)
– Logistika istiqaməti üzrə 3-5 il təcrübə
– Məsuliyyətlilik;
– Ünsiyyət qurmaq bacarığı;
– Etibarlılıq;
– Detallara fikir vermək qabiliyyəti;
– Azərbaycan,Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
– Kompüter proqramları: MS Office

Vəzifə öhdəliklər:

• Dövlət qurumları ilə sənədləşmənin təşkili;
• Bölgələrin mal təminatı;
• Daxili daşıma prossesinin təşkili;
• Mal qəbulu və anbarlararası hərəkətin tənzimlənməsi;
• Şöbə rəhbərlərinə müvafiq günlük aylıq hesabatların verilməsi;
• Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Satınalmalar üzrə ilkin sənədləşdirmə işlərinin aparılması;
• Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
• Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
• Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;
• müştəri xidmətlərinin idarə edilməsi;
• tədarükün idarə edilməsi;
• məhsul idarəetmə;

İş şəraiti:

• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri:Bazar

Müraciət etmək istəyən namizədlər CV-lərini vacancy@mazarina.az e-mail ünvanına mövzu hissəsinə “Təchizat zənciri üzrə baş mütəxəssis (manager)”qeyd edərək göndərə bilərsiniz.

Ünvan:

Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8

Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

VAKANSİYA 5

Maffin Reklam Agentliyi

Şirkət haqqında : “Maffin” Kreativ Reklam agentliyi
Vəzifənin adı : Marketinq meneceri

Namizədə dair tələblər:

• Ali təhsil ;
• Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
• Kreativ düşüncəli, Yaradıcı;
• Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi;
• Fərqli sektorda müştərilər üçün ümumi marketinq planlarının tərtib edilməsi
• Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən;

Üstünlük verilir:

• Marketinq və ya uyğun sahədə 2-5 il iş təcrübəsi
• İngilis dili (Rus dili) biliyi

İş barədə məlumat:

• Müştərilər üçün marketinq strategiyasının qurulması və idarə edilməsi;
• Kreativ kontentlərin hazırlanmasında, nəticələrin təhlilində və mövcud imkanların müəyyən edilməsi, kreatv komanda və satış şöbələri ilə əməkdaşlıq edilməsi;
• Sosial media, və digər marketinq kanallarında məzmun təklifləri
• Komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
• Təkliflərin təqdimatının təşkil edilməsi və ona nəzarət edilməsi, nəticələr üçün təsdiqlərin əldə edilməsi.
• Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi

– İş saatı : Tam iş qrafiki – 5 gün (09 :00-18:00)
– İş yeri : Bakı şəhəri, Albert Aqarunov 14A (N.Nərimanov metro stansiyasının yaxınlığı)
– Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq.

Müraciət etmək istəyənlər CV formanızı – info@maffin.az e-mailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.

VAKANSİYA 6

Grand Motors Company

Şirkət: Grand Motors Company
Vəzifə: Daxili satınalma üzrə menecer

Vəzifə öhdəlikləri:

– Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
– Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması
– Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi
– Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərinin ( Bids Summary ) təqdim edilməsi
– Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi
– Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsi
– Struktur daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsi
– Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması

Namizədə dair tələblər:

– Mövcud sahədə ali təhsil;
– Satınalma sahəsində 3-5 illik iş təcrübəsi ( ehtiyat hissələri üzrə çalışmış əməkdaşlara üstünlük veriləcək);
– MS Office və 1C proqramları üzrə bilik- əla səviyyədə.
– Xarici dil biliklərinin olması arzu ediləndir;
– Ezamiyyətə göndərilə bilər;
– Sürücülük vəsiqəsi ve şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək.

İş şərtləri:

– 6 günlük iş həftəsi
– Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Əmək haqqı bacarıqlar və biliklər üzrə dəyərləndiriləcək
– Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4

Maraqlanan namizədlər mövzu yerində “Daxili satınalma üzrə menecer” yazmaqla öz CV-lərini
hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

VAKANSİYA 7

İş barədə məlumat

NOBEL ELEKTRİK şirkəti Tender üzrə mütəxəssis vakansiyası üzrə işçi axtarır.

Namizədə aid tələblər:

– Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
– Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması
– Tender üzrə tələb olunan sənədlərin, protokolların operativ şəkildə hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
– Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
– Tələblərin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
– Tender prosesi zamanı şirkətin təmsil olunması;
– Müqavilələr üzrə danışıqların aparılması;
– Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
– Müştəri bazasının genişləndirilməsi;
– Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
– Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı.

İş qrafiki:

– Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
– İstirahət günü – Şənbə və Bazar günləri
– Nahar şirkət tərəfindən verilir
– Əmək haqqı 700-1200 manat

Namizədə tələblər

– Ali təhsili olmalı;
– Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
– Təchizat, satış və tender sahəsində iş təcrübəsi 2-3 ildən artıq;
– Kompyuter biliklərinə sahib olan;
– Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən;
– Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
– Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
– Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
– Yüksək məsuliyyət, diqqətcil olmaq;
– Yaş həddi 22-35 yaş arası;

Qeyd: Yuxarıdakı tələblərə cavab verməyən CV-lərə baxılmayacaq!

CV-lər yalnız bakhtiyar@nobelelektrik.az ünvanına göndərilsin.

VAKANSİYA 8

Fasad-F MMC

Vakansiya- Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tələb olunan iş bacarıqları:

• Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
• Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
• Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi;
• Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
• Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
• Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
• Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
• Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
• Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

– Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili arzuolunandır.
– Təhsili: ali
– Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
– Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
– Komandada işləmək bacarığına sahib olmalı;

– Proqram təminatı: MS Office, MS visio

Bilməlidir:

– İSO 9001:2015 standartının əsaslarını;
– Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
– Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
– Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş şəraiti:

– 5 günlük iş həftəsi
– Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
– Əmək haqqı: Müsahibə əsasında təyin olunur;

Tələblərə cavab verən namizədlər CV-ləri mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” göstərməklə sona.adili@fasad-f.az mailinə göndərə bilər.

VAKANSİYA 9

MODYS MMC

MODYS MMC şirkətinə Onlayn Satış üzrə Mütəxəssis vakansiyası açıq elan olunur.

Tələblər:

– Bu sahədə ən azı 1 il iş təcrübəsi
– Azərbaycan və rus dillərinin qrammatika, leksika biliyi və düzgün tətbiq bacarıqları
– Kreativ ideyalı və yaradıcı qabiliyyətli, məsuliyyətli və diqqətli olmaq
– Komandada işləmə bacarığı
– Stresə davamlı

İş öhdəlikləri:

– Sosial şəbəkələr ilə (facebook, instagram, şirkətin rəsmi saytı və s.) işləmək və ofis proqramlarını bilmək
– SMM strategiyasının hazırlanması və həyata keçirilməsi
– Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi
– Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq
– Onlayn satış

İş şəraiti:

– Əmək haqqı 500 AZN + bonuslar
– Həftənin 6 günü, 1 günlük istirahət cədvəli
– Mağaza şəhərin mərkəzində yerləşir, ticarət mərkəzi deyil
– Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən məşğulluq

Maraqlanan namizədlər öz CV-lərini göstərilən e-maila göndərə bilərlər info@modys.az.

VAKANSİYA 10

Sirab ASC

Resepşn

Əsas tələblər:

– Minimum təhsil dərəcəsi: Bakalavr;
– Komputer bilikləri: MS Office – əla;
– Dil bilikləri: Azərbaycan-səlis, (Rus dili -yüksək, İngilis dili -arzuolunandır);
– Yaş həddi: 22-30;
– Cinsi: Qadın
– Yeni məzun olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– Telefon zənglərinin cavabladırılması;
– Şirkətə gələn qonaqların qarşılanması, yönləndirilməsi;
– E-poçt yazışmalarının həyata keçirilməsi;
– Məktubların göndərilməsi və qəbul edilməsi;
– Daxil olan və çıxan sənədlərin qeydiyyatının aparılması;
– Administrativ tapşırıqların icrası.

İş vaxtının norması:

– 5 günlük iş rejimi;
– İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

– Müsahibə əsasında təyin edilir.

İş yeri:

– Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Resepşn” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Babək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

VAKANSİYA 11

Universal Təchizat ASC

Mühasib

Tələblər:

• Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
• Mühasibatlıq və Vergi bilikləri;
• Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
• İş təcrübəsi min. 2 il;
• Yaş həddi: 28-35;

İş barədə:

• Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
• Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı
• Vergi və muhasibat uçotunun aparılması
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
• Aylıq,rüblük,illik vergi,DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
• Əmək haqqı,məzuniyyətlərin aparılması
• Debitor və kreditor hesblaşmaların aparılması

CV göndərərkən mövzu qismində ” Mühasib ” sözünün yazılması mütləqdir!

E-mail: nigar986@mail.ru

VAKANSİYA 12

NBCO KredAqro

Kollektor (Masallı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
• Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Etibarlı sürücülük vəsiqəsi;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

– İş yeri: Masallı şəhəri;
– İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
– AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
– Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
– Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor-Masallı) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

VAKANSİYA 13

Sabah Group LLC

Xəzinədar” vəzifəsinə namizəd qəbulu üçün şərtlər:

İş şəraiti:

– Mağazalar Mall-larda,şəhər mərkəzində və ətrafında yerləşir (Mothercare,Okaidi,ELC,Etam,United Sport)
– İş vaxtı həftədə 6 gün, bir gün istirahət. Bu istirahət cümə,şənbə və bazar günlərinə düşmür.
– Növbəli qrafiklə iş: 10:00-19:00 və 12:00-21:00 və ya 10:00-19:00 və 13:00-22:00 (bu qrafik Mall-lardakı mağazalar üçün keçərlidir).
– Həftədə 5 gün növbəli qrafik,1 gün isə Full günlük iş rejimi (mağaza açılandan bağlanana qədər).
– İş günü boyunca 1 saatlıq nahar vaxtı verilir, bunun 30 dəqiqəsi yemək, gündə 2 dəfə 15 dəqiqə olmaqla çay və ya kofe üçün nəzərdə tutulub. Yalnız Mall-da yerləşən mağazalarda əlavə olaraq 50 AZN nahar pulu verilir.
– Əmək müqaviləsi 2 aylıq bağlanılır, müqavilə müddəti işçinin fəaliyyətindən asılı olaraq uzadılır. Əmək müqaviləsi bağlandıqdan sonrakı növbəti 2 həftə sınaq müddəti sayılır. İşçi bu 2 həftənin ilk həftəsi ödənişsiz təlimlərdə iştirak edir. 2-ci həftə isə aktiv olaraq işə başlayır və elə həmin həftədən etibarən maaş hesablanır.
– Əmək müqaviləsinə əlavə olaraq Xəzinədarlar Maddi Məsuliyyət müqaviləsi imzalayaraq maddi məsul şəxs olurlar.
– Maaş ayda 1 dəfə hər ayın sonunda verilir.
– Əmək haqqı 400 AZN, 1 il sonra artırılaraq 450 AZN təşkil edir. Hal-hazırda bonus (%) sistemi tətbiq olunmur.
– İşçi hədəfləri yerinə yetirərək nümunəvi olduğu halda vəzifə artımı gözləniləndir.

Vəzifələr:

– Mağaza daxili yüksək xidməti təmin etmək, qəbzlərin yoxlanılması, pul və xəzinə aparatı ilə işləmək
– Məsuliyyət və öhdəliklərin götürülməsi
– Xəzinə, pul maşını və digər maddi aktivlərin təhlükəsizliyini təmin etmək
– Mağazaya gələn zənglərə cavab vermək, müştərini maraqlandıran mal haqqında hər bir məlumat verməli,xidmətlərdən razı olub olmamasını, onların şikayətlərini və tövsiyələrini nəzərə almaq və mövcüd formalarda onları əks etdirmək

E-mail: recruitment@sabah-group.com

VAKANSİYA 14

AZAQROTAXIL MMC “Satınalma üzrə mütəxəssis” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Təchizat sahəsində ən az 1 il iş təcrübəsi;
• Cinsi – kişi (25-40 yaş)
• Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq;
• Təchizatın planlaşdırılması;
• Bazarı təhlil etmək bacarığı;
• Danışıqların aparılması bacarığı;
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
• Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
• Dil bilikləri: Rus dili, İngilis dili-arzu olunandı;
• MS Office proqramları;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
• Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

• Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
• Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
• Açılmış sifariş formalarının analizi;
• Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
• Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
• Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
• Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
• Təchizatçıların seçimi və qiymətləndirilməsi;
• Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
• Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 600 AZN
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 18.00 (həftə içi)

Maraqlananlar öz CV formalarını arzu.kerimova.m@gmail.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində Satınalma üzrə mütəxəssis qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 15

Abşeron Logistika MMC “Beynəlxalq daşıma üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərdən beynəlxalq daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
• Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;
• Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
• Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;
• Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
• Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək;
• Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
• Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;
• Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;
• İrxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
• Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Beynəlxalq daşıma sahəsində 5 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
• Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
• Peşəkarlıq tələbləri:
– Heyəti idarəetmə bacarığı;
– Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
– Müştərini dinləmək və inandırmaq bacarığı;
– Təqdimat bacarığı;
– Proses idarəçiliyi bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 23 iyun 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşıma üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 16

“Avlolüks Azərbaycan” MMC-yə Müştəri xidmətləri üzrə mütəxəssis (Reception) tələb olunur.

Namizədə olan tələblər:

1. 1 il müvafiq sahədə iş təcrübəsi ;
2. Cinsi qadın;
3. Ali təhsil;
4. Rus-dilini əla bilməlidir;
5. İngilis-dili yaxşı bilməlidir;
6. Yaş həddi 22-28 ;

Vəzifə öhdəlikləri:

1.Daxil olan və xaric olan sənədlərin qeydiyyatını aparmaq
2.Telefonlara cavab vermək və lazımı ünvanlara istiqamətləndirmək
3.Gələn qonaqları qarşılamaq və istiqamətləndirmək
4.Şirkətin elektron poçt ünvanına gələn məktubları cavablandırmaq
5.Xaric olunan məktubları göndərmək, daxil olanları isə qəbul etmək
6.Müdiriyyətin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək;

E-mail : Hr@autolux-az.com

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

VAKANSİYA 17

Əjdaha MMC

Karyera inkişafı olan və dinamik iş mühiti axtarırsınız?! O zaman xoş gəlmisiniz!

2017-ci ildən etibarən fəaliyyət göstərən , yerli fast food brendi olmaqla, paytaxtda 10 filiala sahib “Əjdaha” MMC “Filial Meneceri” vakansiyasını açıq elan edir.

Sizdən nə tələb olunur?

– 1-3 il fast-food restoran sahəsində iş təcrübəsi
– Kassa proqramlarından istifadə (R-Keeper)
– Müştərilərə yüksək səviyyədə xidmət
– Şirkətin keyfiyyət standartlarını icra və nəzarət etmək
– Aktivlik və çalışqanlıq
– Yenilikçilik

Sizə nə təklif olunur?

– Gənc dinamik komanda
– Karyera İnkişafı
– Öyrənmə imkanı

Biz nəyə dəyər veririk?

– Dürüstlük
– Pozitivlik
– Aktivlik
– Peşakarlıq

Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Filial Meneceri” başlığı ilə qeyd edərək linkdən keçid https://jobs.talhunt.az/ajdaha/538-filial+menecerigöndərmələri xahiş olunur.

VAKANSİYA 18

“Baku Business Consulting” MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər :

• 25-30 Yaş;
• Maliyyə/Mühasibat uçotu üzrə ali təhsil;
• Mühasibatlıq sahəsində 1 – 2 ilə qədər iş təcrübəsi;
• Microsoft Office proqramlarında (xüsusilə Excel, Outlook) və 1C 8.3 sərbəst şəkildə işləməyi bacarmalı, AR Vergi Məcəlləsindən anlayışı olmalı;
• Rus və İngilis dili arzuolunandır;
• Komandaya tez adaptasiya olmaq;
• Analitik düşünmə qabiliyyəti və məsuliyyətli olmalı, gün ərzində iş prosesinin düzgün planlaşdırılması və işin vaxtında təhvil verilməsi.

Vəzifə öhdəlikləri

– Bank əməliyyatlarının aparılması;
– E-Qaimə fakturalarının tərtib olunması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
– Vergi və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Əmək haqqı, məzuniyyət və s. qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
– Daxil olan pul vəsaitlərinin, mal – material ehtiyyatlarının və əsas vəsaitlərin tam uçotunun aparılması;
– Bütün maliyyə əməliyyatlarının 1C proqramında əks olunması.

İş şəraiti:

– İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
– Əmək haqqı 300 – 1000 AZN (namizədin bilik və bacarıqları əsasında müəyyən ediləcək)

Bütün kriteriyalara cavab verən şəxslər CV-lərini Mühasib başlığı ilə office@bakubusinessconsulting.come-mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 19

JM GROUP idarəetmə prosedurlarını inkişaf etdirərək istedadlı şəxsləri işə götürəcək, dəstəkləyəcək və inkişaf etdirəcək bacarıqlı bir HR meneceri axtarır.

Namizədə dair tələblər:

– Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
– İnsan Resursları sahəsində 5+ il təcrübəsi;
– İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
– AR Əmək qanunvericiliyi bilikləri;
– Azərbaycan, Rus və İngilis dillərində əla səviyyədə danışma, oxuma və yazma bacarığı;
– Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
– MS Office 365 proqramlarından istifadə bacarığı;
– Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
– Güclü ünsiyyət və danışıq qabiliyyəti;
– Komandada işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

– İR strategiyasının və planı hazırlanması və həyata keçirilməsində iştirak etmək;
– İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
– İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
– İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
– Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
– Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
– Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
– Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
– Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
– Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
– İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi.

İş şərtləri:

– Bazar ertəsi – Cümə: 10:00 – 19:00, Şənbə : 10.00 – 16.00
– Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
– Korporativ nömrə.

ƏMƏK HAQQI 500-1000 AZN

E-mail: Gm.baku@jmgroup-international.com

VAKANSİYA 20

OBA marketlər şəbəkəsi

Vəzifə: Bazar və qiymət araşdırma əməkdaşı (Mingəçevir, Tovuz, Lənkəran, Salyan, Quba, Sumqayıt, Gəncə)

Namizədə dair tələblər:

• Təhsil: orta
• Kompüter bilikləri: MS Office
• Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
• Şəxsi avtomobil mütləqdir

Qeyd: Ezamiyyə halları mümkündür.

Vəzifə öhdəlikləri:

– Günlük olaraq ərazi bölgüsünə əsasən, verilmiş bölgələrdə qiymət araşdırmaları aparılmalı
– Təyin olunan plana uyğun rəqiblərdə kateqoriya analizlərinin aparılması

Əavə təminatlar:

• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Yanacaq xərci şirkət tərəfindən qarşılanır

İş qrafiki:

– İş saatları 09:00 – 18:00;
– Nahar fasiləsi: 13:00-14:00

Mingəçevir- (plan üzrə gəziləcək ərazilər: Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Zərdab, Bərdə, Yevlax, ehtiyac olarsa Füzuli, Beyləqan, Ağcabədi regionlarına ezamiyyə)

Salyan- (plan üzrə gəziləcək ərazilər: Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Cəlilabad, İmişli, Saatlı, ehtiyac olarsa Füzuli, Beyləqan, Ağcabədi regionlarına ezamiyyə)

Quba- (plan üzrə gəziləcək ərazilər: Qusar, Xaçmaz, Xızı, Siyəzən)

Sumqayıt- (plan üzrə gəziləcək ərazilər: Abşeron, Xızı, Siyəzən)

Tovuz- (plan üzrə gəziləcək ərazilər: Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, ehtiyac olarsa Daşkəsən və Gədəbəy regionlarına ezamiyyə)

Gəncə- – (plan üzrə gəziləcək ərazilər: Şəmkir, Samux, Goranboy, Naftalan, Tərtər, Göygöl)

Lənkəran- (plan üzrə gəziləcək ərazilər: Astara, Masallı, Yardımlı)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Bazar və qiymət araşdırma əməkdaşı (regionun adı) ” yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 21

Agro-West DC LLC

Vakansiya: “Bölgə müdiri “
Əmək haqqı: 1800-2000+ AZN

Namizədə olan tələblər:

– Yaş: 25-dən yuxarı;
– Təhsil: Ali;
– Şəxsi avtomobilinin olması;
– Kompüter bilikləri: Word, Excel, 1C arzuolunandır;
– Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi;
– Minimum 1 il qida sahəsində Bölgə müdiri ( Supervayzer) kimi iş təcrübəsi;
– Əzmkar, stresə davamlı və komanda idarə etmə qabiliyyəti;
– Dil bilikləri: Rus, İngilis – arzuolunandır.

Vəzifəyə olan tələblər:

– Merçendayzer-təmsilçi komandasının kontrolu,nəzarəti və işinin keyfiyyətinin yüksəldilməsi;
– Təhkim olunan ərazinin inkişafyönümlü və satış potensialının artırılması üzrə işlərin aparılması;
– Yeni işçilərin adaptasiyası;
– Ərazinin satış analitikasının analizi.

Namizədlərdən CV-lərini “Bölgə müdiri” mövzusu ilə hr@agrowestdc.azünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 22

Mətanət A

Mətanət A” şirkəti Xammal və qabların Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis vakansiyasını elan edir

İşin təsviri:

– “Mətanət A” şirkətinə gələn xammal və qablardan nümunənin götürülməsi;
– Xammal, qab və etiketlərin keyfiyyətinin düzgün yoxlanılması;
– Xammal, qab və etiketlərin keyfiyyətində uyğunsuzluq hallarının araşdırılması;
– Xammal, qab və etiketlərin nümunələrinin göstəricilərinin qeyd edilməsi və saxlanması;
– Uyğunsuzluq barədə müvafiq orqana məlumatın verilməsi;
– Nəticələrin yaxşılaşdırılması və nəzarətdə saxlanılması.

Əmək haqqı:  Razılaşma yolu ilə.

İş şəraiti:

– İş saatı: 09-00-dan 18-00-dək;
– Şənbə günü: 09:00-13:00-a dək;
– İstirahət: Bazar günü.

Tələblər:

– Təhsil: Ali (bakalavr);
– İş təcrübəsi: Ən azı bu sahədə 2 il il iş təcrübəsi olmalı. (Boya sahəsində işləmiş mütəxəssisə üstünlük verilir.);
– Yaş həddi: 24-35;
– Kompüter biliyi: Word, Excell, Internet Explorer;
– Dillər: Azərbaycan dili,Rus dili;
– Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir;
– İş yeri: Bakı-Sumqayıt şosesi Masazır dairəsinin yaxınlığında yerləşir.

Şəxsi keyfiyyətləri:

– Fikrini izah etmək qabiliyyəti;
– İşə planlı yanaşması;
– Ünsiyyət yaratmaq bacarığı;
– Fəal olması

Əlavə tələblər:  Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşması, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

– İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
– Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərmək xahiş olunur;
– Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 23

EVS MMC” şirkəti dünyanın birsıra tanınmış kosmetik brendlərinin Azərbaycanda rəsmi satışını həyata keçirən şirkətdir.

Vakansiyanın adı: Satış mütəxəssisi

Yalnız xanım namizədlər dəyərləndiriləkdir.

Əsas vəzifə və öhdəliklər:

• Mağazaya daxil olan müştərilərin qarşılanması
• Məhsulların təqdimatı
• Alış / satış proseduru və qiymətlərin formalaşması üsulunun müştərilərə izah edilməsi
• Satışın müvafiq qaydada uçotunun təşkili
• Məhsulların vitrinlərə müvafiq qaydada yerləşdirilməsini təmin etmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• İnkişafa meyillilik, Komanda ruhu, təşkilatçılıq,münasibətlərin qurulması və ünsiyyət bacarığı, satış və inandırmaq bacarığı, səbrli, gülərüz və stressə davamlı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil arzuolunandır;
• Lyuks brendlerin satışı sahəsində ən azı 1 il iş təcrübəsi.

Əmək haqqı: 400 – 800 manat

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Satış mütəxəsisi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) evscosmetics.mmc@gmail.com elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Tel: 0502154477 Əqdəm Rüstəmzadə

VAKANSİYA 24

Netbet MMC “Marketinq üzrə Menecer” vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

• Şirkətin məhsul və xidmətlərinin satışı üçün strateqiya və planların qurulması;
• Sosial Media, Rəqəmsal Kampaniyalar və s. kimi marketinq proqramlarının hazırlanması, tətbiqi və nəzarətinin aparılması;
• Digital Marketinq üzrə kampaniyaların təşkili və idarəsi;
• Müvafiq kanallar (sosial media, elektron poçt və s.) vasitəsi ilə hədəf auditoriyaya çatmaq üçün təşəbbüsləri planlaşdırmaq və həyata keçirmək;
• Gələcək marketinq strategiyalarını formalaşdırmağa kömək etmək üçün marketinq məlumatlarının (kampaniya nəticələri, dönüşüm dərəcələri, trafik və s.) təhlilini aparmaq;
• Marketing büdcəsini rüblük, illik hazırlanması və effektiv idarə olunması;
• Marketinq Planının hazırlanması;
• Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir;
• Rəhbərliyin digər tapşırıqlarının həyata keçirilməsi;

Namizədə olan tələblər:

• Ali təhsil (Marketinq sahəsində təhsil arzuolunandır);
• Mükəmməl Azərbaycan Rus və İngilis dili bilikləri;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• İdmana maraq və biliyin olması şərtdir;
• Müvafiq sahədə ən az 5 il iş təcrubəsi;
• Yüksək məntiq və analiz qabiliyyəti;
• Ali təhsil (Marketinq sahəsində təhsil arzuolunandır);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;

Uyğun namizədlər CV-lərini recruitment@etopaz.az e-poçt ünvanına “Marketinq üzrə Menecer” başlığı ilə göndərmələri xahiş olunur.

VAKANSİYA 25

Universal Təchizat ASC

Maliyyə üzrə mütəxəssis

İş barədə:

• Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
• Mal realizəsinin pul istifadəsi planının hazırlanmasında iştirak;
• Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi;
• Dövriyyə vəsaitlərinin elementlər üzrə ehtiyaclarının müəyyən edilməsində iştirak və dövriyyə vəsaitlərinin normativlərinin hesablanması;
• Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirкət rəhbərliyini əhəmiyyətli кənаr çıхmаlаr bаrədə məlumаtlаndırmаq
• Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
• Növbəti ay və ay daxili dövrlər üçün səyyar maliyyə planlarının hazırlanması;
• Normativdən artıq ehtiyatların toplanmasının qarşısını almaq məqsədi ilə mal-material dəyərlərinin gətirilməsinə nəzarət edilməsi;
• Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadi)
• Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
• Kompüter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
• Maliyyə sahəsi üzrə analitik biliklər;
• İş təcrübəsi;
• Yaş həddi: 30 – 37.

CV göndərərkən mövzu qismində ” Maliyyə üzrə mütəxəssis” sözünün yazılması mütləqdir!

E-mail: nigar986@mail.ru

VAKANSİYA 26

Kontakt Home

Vacancy: Kredit üzrə analitik

Vəzifə öhdəlikləri:

• Kredit portfelinin analizi və təhlili;
• Analiz nəticəsində hesabatların hazırlanması;
• Departament daxili proseslərin izlənməsi, təhlil edilərək araşdırılması;
• Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi;
• Kreditvermə prosesinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.

Tələblər:

• Ali təhsil;
• Kredit portfelinin monitorinqi/nəzarəti və ya auditi sahəsində iş təcrübəsi;
• Hesabatlar hazırlamaq və hesabatlar üzərində analizlər aparmaq bacarığı;
• Proqramlaşdırma və IT sahəsi üzrə bilik və təcrübənin olması;
• Komandada işləmək bacarığı;
• Analitik düşünmə tərzi;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil arzuolunandır;

İş şəraiti:

– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı: 3000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kjph2noo

fed.az