Çində külli miqdarda neft ehtiyatı tapıldı

222

Çinin neft nəhəngi CNPC ölkənin ən böyük şist neft ehtiyatını aşkar edib.

“RİA Novosti” xəbər verir ki, yatağın həcmi bir milyard tondur.

Hansu vilayətindəki Ordos yatağında yeni araşdırmalar aparılıb. Orada 2019-cu ildə kəşfiyyat və xammal istehsalına başlanılıb.

Mütəxəssislərin fikrincə, tapıntı Çinin neft idxalından asılılığının artmasını dayandırmağa kömək edəcək. Hazırda Çin digər ölkələrdən tədarük yolu ilə milli neft istehlakının təxminən 70 faizini təmin edir.