Dünya bazarlarında təbii qazın qiyməti artıb

45

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“APA-Economics”in məlumatına görə, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,06% artaraq 3,19 ABŞ dolları təşkil edib.