Egey dənizində zəlzələ baş verib

212

Türkiyə sahillərindən bir neçə km məsafədə yerləşən Yunanıstanın Dodekanes arxipelaqının yaxınlığında 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 2.5 min insanın yaşadığı Kefalos şəhərindən 39 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi də qeyd alınmayıb.