BP karbohidrogen hasilatına davam edəcək

71

BP şirkəti karbohidrogenlərin hasilatına qarşıdakı illər ərzində davam edəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bernard Luni (Bernard Looney) bildirib və neft bahalaşdıqca hətta hasilat ixtisarı olsa belə, mənfəət əldə edəcəklərini qeyd edib.

Şirkət rəhbərinin qənaətincə, neft bazarındakı hazırkı qiymət artımının yaxın illərdə davam etməsi ehtimalı böyükdür.

BP-nin aktivlərini baha qiymətə sataraq həmin vəsaitləri bərpa olunan enerji mənbələrinə yönəldə biləcəyi diqqətə çatdırılıb.