Respublikamızda 25 iyun- “Dənizçi Günü” peşə bayramı kimi qeyd edilir.

87

25 iyun  ölkəmizdə dənizçilərin peşə bayramı – “Dənizçi günü” kimi qeyd olunur.  Ömrünü çətin və şərəfli peşəyə həsr etmiş, cəmiyyətimizin fəal üzvləri olan, iqtisadiyyatımızın inkişafında mühüm rol oynayan dənizçilər peşə bayramlarını hər il olduğu kimi bu il də böyük ruh yüksəkliyi ilə qeyd edir.

     Bu əlamətdar tarixi günü qeyd etmək məqsədilə, Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi  yanında Dövlət Dəniz Agentliyinin və Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin kollektivi nəqliyyat sektorunda nəhəng layihələrin reallaşdırılması, dəniz nəqliyyatı sahəsinə iri həcmli investisiyaların cəlb edilməsində   böyük fədakarlığ göstərmiş Ümummili Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əkil və gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılaraq məzarı önünə gül dəstələri düzmüşlər.   

       Daha sonra peşə bayramlarını qeyd edən edən dənizçilər Şəhidlər Xiyabanı ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini yad edərək  məzarları önünə gül dəstələri qoymuşlar.