“Şahdəniz”dən hasil edilən 97 mlrd kubmetr qaz ixrac edilib

59

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin iyunun 1-dək 182 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyunun 1-dək isə 143 milyard kubmetrdən çox qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 milyard kubmetrdən çoxu ixraca nəql edilib.