Yəmənin ərazi sularında miqrantları daşıyan gəmi batıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 300 nəfərdən çox insanın öldüyü güman edilir.
“Yəmən sularında batan miqrant gəmisində ən azı 300 şəxsin həyatını itirdiyini güman edirik”, -deyə BMT-dən verilən məlumatda bildirilib.