Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,668 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 794 tanker yola salınıb.
2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 135 AÇG nefti daşıyan tanker və ya 97,7 milyon barel neft yola salınıb.