Qara dənizdə NATO hərbi dəniz qüvvələrinin “Sea Breeze -2021” təlimləri start götürüb.
APA-nın xəbərinə görə, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Hərbi təlimlərə 30 ölkədən 5000-dən çox şəxsi heyət, eləcə də 32 gəmi, 40 aviasiya vasitəsi cəlb edilib.
Təlimlərin iyulun 23-dək davam edəcəyi bildirilir.