“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları “Dənizçi Günü” ərəfəsində təqaüddə olan dənizçi Əli Qarayevi evində ziyarət ediblər.
Ziyarət zamanı Əli Qarayevin gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb, onun 43 illik dənizçilik fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.
Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.
Əli Qarayev öz növbəsində ASCO ailəsinin qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib.
seanews.az