Sahildə içərisində 20 cəsəd olan qayıq tapılıb

73

Britaniyanın Törks və Kaykos adaları yaxınlığında içərisində 20 cəsəd olan qayıq tapılıb.

Bu barədə “The Republic” xəbər verib.

Gəmi Grand-Terk adası sahillərində balıqçı tərəfindən aşkarlanıb.

Onların dörd gün əvvəl öldüyü bildirilir. Qayıqdakı cəsədlər artıq çürümüş vəziyyətdə olub.

Hüquq mühafizəçiləri ölümlərin səbəblərinin hələ müəyyənləşdirilmədiyini, lakin böyük ehtimalla onların qətlə yetirildiyini bildirib.

Hazırda yerli hüquq-mühafizə orqanları qurbanların şəxsiyyətini və onların ölüm səbəbini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, bir müddət öncə Karib dənizində Trinidad və Tobaqo ölkələrinin sahillərinə göyərtəsində 14 çürümüş cəsəd olan qayıq tapılmışdı.