Beş ayda dəniz nəqliyyatı ilə 219,7 min ton yük daşınıb

86

Cari ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 219,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 228,8 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, beş ayda dəniz nəqliyyatı ilə ixrac olunan 66,4 min ton yükün dəyəri 36,6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 155,3 min tondan çox, dəyəri isə 192,1 milyon dollar olub.