Dünya üzrə nə qədər gəmi istismar edilir?

279

2021-ci ilin əvvəlində qlobal ticarət donanmasında 74505 gəmi mövcud idi. 2025-ci ilin sonuna qədər bu rəqəmin 79282-yə bərabər olacağı proqnozlaşdırılır.

“Seanews.az” xəbər verir ki, bu barədə “Offshore Energy” şirkəti “BİMCO”ya istinadən məlumat yayıb.

“BİMCO”nun proqnozuna görə, 2020-2025-ci illərdə LNG ilə çalışan gəmilərin sifarişində artım olacaq. Bu müddət ərzində LNG ilə çalışan gəmilərin sayının 799-839 arasında olacağı proqnozlaşdırılır.

2026-cı ilə qədər kruiz gəmilərinin də sayının artması gözlənilir. Hazırda dünya üzrə istismar edilən kruiz gəmilərinin sayı 621 ədəddir. 2026-cı ilə qədər bu rəqəm 744-763 ədəd arasında dəyişə bilər.

Son göstəricilərə görə, dünya üzrə tankerlərin sayı 2976 ədəddir. 2025-ci ilin sonuna qədər bu rəqəmin 2.8% artacağı gözlənilir.

Pandemiya zamanı neft tankerləri müəyyən çətinliklərlə üzləşsə də, cari ilin əvvəlindən bu günə kimi yeni tankerlərin inşası üçün 40-dan çox sifariş qeydə alınıb.