HMM 1,57 milyard dollar dəyərində 12 gəmi alır

69

Cənubi Koreyanın HMM dənizçilik şirkəti “Daewoo Shipbuilding & Marine Engineering” və “Hyundai Heavy Industries”-ə ümumi dəyəri 1,57 milyard dollar olan 12 konteyner gəmisi sifariş verib.

“Seanews.az” xəbər verir ki, gəmilərin ümumi tutumu 13.000 TEU olacaq.

Bütün gəmilər hibrid təmizləyicilərlə təmin ediləcək.

Razılaşmaya əsasən üzən vasitələr 2024-cü ilin ilk yarısından başlayaraq növbə ilə təhvil veriləcək.