Dünyanın ən böyük mülki hospital gəmisi istismara verilib – VİDEO

64

Beynəlxalq xeyriyyə təşkilatı “Mercy Ships” Çinin gəmiqayırma zavodunda inşa edilmiş dünyanın ən böyük “Global Mercy” adlı mülki hospital gəmisini istifadəyə verib.

“Seanews.az” xəbər verir ki, adıçəkilən gəminin inşasına 2015-ci ildə start verilib.

Xeyriyyə təşkilatının qurucusu Don Stivensin sözlərinə görə, heyəti könüllü tibb işçilərindən ibarət olan gəminin müalicə və ümumi səhiyyə xidmətlərindən bir çox adam istifadə edə biləcək.

Gəminin layihəsi “Stena Ro Ro” şirkətinə məxsusdur. 

“Global Mercy”-nin ilk səfəri Belçikaya və daha sonra Qərbi Afrikaya olacaq.

Gəmi-hospitalın uzunluğu 174, eni 28.6 metrdir. Burada 6 cərrahiyyə şöbəsi mövcuddur.