Türkiyədə tur qayığı batıb: Xəsarət alanlar var – FOTO

48

Türkiyənin Muğla şəhərinin Fəthiyyə bölgəsində tur qayığı batıb.

Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.

Qayığın batması nəticəsində biri uşaq olmaqla üç nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qayıqda 38 nəfər olub. Qayığın batma səbəbi hələlik məlum deyil.