Elektron Akademiyanın idarəçilik strukturunun proqram təminatının texniki xidmətinin satınalınması məqsədilə müsabiqə elan olunub

61

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)  Azərbaycan Dövlət Dəniz Akademiyasında mövcud olan Elektron Akademiyanın İdarəçilik strukturunun proqram təminatının illik texniki xidmətinin satınalınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər buradan əlavə sənədləri yükləyə və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il iyulun 21-i saat 15:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdıR. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000 (indeks), Zərifə Əliyeva küç. 18, ADDA-nın əsas inzibati binası.                              

Əlaqə  telefonu: (012) 404-39-47 , daxili: 3042.

seanews.az