“Ever Given” gəmisi sərbəst buraxılıb

36

Mart ayında Süveyş kanalında dənizdə 6 günlük tıxaca səbəb olan və yüzlərlə gəminin gediş-gəlişinə mane olan “Ever Given” konteyner gəmisi sərbəst buraxılıb. 

“Seanews.az” xəbər verir ki, “Ever Given” gəmisi və hindistanlı heyət üzvləri kanalı tərk edib. 

Məlumata görə, gəmi  yerli vaxtla 11: 30-dan yedək gəmisinin müşaiyətilə Aralıq dənizinə doğru istiqamət alıb. 

Qeyd edək ki, iyunun 30-da  “Ever Given” konteyner daşıyan gəminin sahibləri ilə Süveyş kanalı administrasiyası arasında təzminat ödəməklə bağlı razılıq əldə olunub. Gəmi sahibindən əvvəlcə 916 milyon dollar təzminat tələb edilsə də, sonradan bu məbləğ 550 milyona endirilib.