Veteran gəmi kapitanı evində ziyarət olunub

66

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 75 yaşını qeyd edən veteran dənizçi İsa Həbibova baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Ziyarət zamanı həyatının böyük hissəsini dənizçiliyin inkişafına həsr etmiş İsa Həbibovun xidmətləri xatırlanıb.

İsa Həbibov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu deyib.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Xatırladaq ki, İsa Həbibov əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən başlayıb. O, matrosluqdan kapitan vəzifəsinədək yüksəlib.

seanews.az