Kiprə məxsus gəmidə koronavirusa yoluxma halı qeydə alınıb

40

Kiprə məxsus “Shoveler” adlı quru yük gəmisində koronavirusa yoluxma halı qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, iyulun 1-də Braziliyada lövbər dayancağına çatmış gəmi növbəti gün karantinə alınıb.

19 nəfərdən ibarət heyət üzvünün 9-da test nəticələri müsbət çıxıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün hospitala yerləşdirilib.

Məlumata görə, İsveçrədən Braziliyaya üzən quru yük gəmisi səfər zamanı Fransa limanına da daxil olub.