Baltik dənizinin 42 metr dərinliyində 77 il əvvəl yoxa çıxan sualtı qayıq tapılıb

298

Beynəlxalq ekspedisiya Baltik dənizinin dibində keçmiş SSRİ-yə məxsus və 1944-cü ildə məhv edilən “M-96” sualtı qayığını tapıb.

“Seanews.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, kəşfiyyat və dalğıc qrupu, Estoniyanın “Maxstar Expedition” axtarış qrupu ilə birlikdə 10-13 iyul tarixlərində ekspedisiya çıxıb. Nəticədə “M-96” sualtı qayığı Narva körfəzinin şimal hissəsində 42 metr dərinlikdə aşkar edilib.

“M-96” sualtı qayığı 1941-ci ildən Baltik dənizində döyüşüb və Baltik donanmasının bütün əməliyyatlarında iştirak edib, hətta Ladoqa gölünə hərbi yürüş etmək üçün vaxt tapıb.

Sualtı qayığın ilk komandiri əfsanəvi Aleksandr Marinesko olub. Döyüş tapşırıqları əsasən düşmən bazalarında kəşfiyyat aparmaq və sovet kəşfiyyatçılarını düşmənin arxasına endirməkdən ibarət olub.

“M-96”  son “döyüş”ünə 1944-cü il  sentyabrın 7-də kapitan-leytenant Nikolay Kartaşovun komandanlığı ilə çıxıb. Məqsəd almanların basdırdığı  “Seeigel” mina sahəsini aşmaq və Narva körfəzində kəşfiyyat aparmaq olub. “M-96” əməliyyatı icra etməyə gedəndən sonra bir daha əlaqəyə girməyib.

Rus tarixçisi Miroslav Morozovun ehtimalına görə, “M-96” sualtı qayığı 1944-cü il sentyabrın 10-da məhv edilib.