Mərakeş Kral Donanmasının (MKD) Sahil Mühafizəsi bölmələri ötən bir neçə gün ərzində əsasən Qara Afrikadan olan 344 qanunsuz miqrantı xilas edib.
Trend-in məlumatına görə, bu barədə Maghreb Arabe Presse agentliyi bildirib.
Məlumatda qeyd olunub: “Aralıq dənizi və Atlantikdə fəaliyyət göstərən MKD Sahil Təhlükəsizlik bölmələri 2021-ci il 10-14 iyul tarixləri arasında ümumilikdə 344 qanunsuz miqrantı xilas edib. Bunlar əsasən Qara Afrika hissəsindən gələnlərdir”.
Xilas olunanlara MKD gəmilərində ilk tibbi yardım göstərilib, sonra ən yaxın Mərakeş limanlarına aparılıb və kral jandarmeriya əməkdaşlarına təhvil verilib.