Yanan və heyət üzvlərinin hamısının həlak olduğu gəmi İraqın deyilmiş

39

“Fars körfəzində yanan və doqquz heyət üzvünün hamısının həlak olduğu gəminin İraqa aidiyyəti yoxdur.”

“Seanews.az xəbər verir ki, bu barədə dünən axşam Ərəb Respublikasının nəqliyyat naziri Nasir Hüseyn məlumat verib.

“Batan gəmi İraqın deyil. Panamanın bayrağı altında üzüb və İraq hökumətinin heç bir orqanına aidiyyəti yoxdur. Yanğın Birləşmiş Ərəb Əmirliklərinin [BƏƏ] sahillərində baş verib. Gəminin heyəti ərəblərdən ibarətdir. Aralarında  iraqlıların və ya digər millətlərin olma ehtimalı da var. Hazırda heyət üzvlərindən neçəsinin iraqlı olduğu barədə etibarlı məlumata malik deyilik”, – deyə nazir əlavə edib.

Bir neçə gün əvvəl “Bağdad əl-Yaum” xəbər portalı və bir sıra digər yerli KİV-lər İraqın neft gəmisinin Fars körfəzində yandığını və nəticədə 9 heyət üzvünün hamısının həlak olduğunu bildirmişdilər. BƏƏ səlahiyyətliləri isə hələ hadisə ilə bağlı açıqlama verməyiblər.