Gəminin kapitanı və üç köməkçisi narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılıb

36

Türkiyədə dörd Ukrayna dənizçisi narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.

“Seanews.az” xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Oleq Nikolenko iyulun 10-da  Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Liberya bayrağı altında üzən “MSC CAPUCINE R” gəmisinin İskəndərun limanında saxlandığını təsdiqləyib. 25 nəfərdən ibarət heyətin  24-ü Ukrayna vətəndaşıdır.

İyulun 11-də isə İskəndərun şəhər prokurorluğu gəmi kapitanını və üç köməkçisini həbs edib. Onlara narkotik qaçaqmalçılığı ittihamı irəli sürülüb.

Ukraynanın Türkiyədəki səfirliyi şübhəli şəxs qismində saxlanılanlara  konsulluq yardımı göstərir, onları vəkil və tərcüməçi ilə təmin edir, ailələri ilə əlaqə saxlayır.

Qalan heyət üzvləri gəminin göyərtəsindədirlər. Onlar şahid kimi ifadə verəcəklər.