Yanacağı olmayan gəmidə hər şey dözülməzdir

36

10-u Ukrayna vətəndaşı olmaqla 11 dənizçi Ədən körfəzindəki Cibuti limanından üç mil uzaqlıqda yanacağı olmayan “THORN1” gəmisində qalıblar. 

“Seanews.az” xəbər verir ki, doğranılması üçün Hindistana aparılan gəmidə iyulun 1-də yanacaq tükənib və avadanlıqlar sıradan çıxıb. Dənizçilər 38 dərəcə istidə kondisionersiz, soyuducuz və yeməksiz qalmağın əziyyətini çəkirlər.

Dənizçilərdən birinin qızı deyib ki, gəmi ağlamalı vəziyyətdədir. Cibuti yaxınlığından keçəndə gəminin yanacağı tükəndiyindən həyatı dəstəkləyən bütün sistemləri də sıradan çıxıb və heyətin ərzaq ehtiyatı xarab olub.

Bu günədək heyətin yalnız iki üzvü gəmidən düşə bilib. Bir dənizçi istiyə dözə bilməyib və tibbi yardım gələnədək insultdan dünyasını dəyişib.     

Heyətin qalan üzvləri hazırda gəmidədirlər və bəziləri özlərini pis hiss edirlər.