Azərbaycan neft məhsullarının ixracından qazancını 74 % artırıb

38

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 646 min ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 283 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 6,5 %, dəyəri isə 73,6 % çoxdur.

Bu ilin yanvar-iyun aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,2 % olub.