Azərbaycan qaz ixracından gəlirlərini kəskin artırıb

41

Bu ilin birinci yarısında Azərbaycan 1 585 636,25 min ABŞ dolları dəyərində 10 378 923,26 min kubmetr təbii qaz ixrac edib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 25,8%, həcmi isə 57,3% çoxdur.

Xatırladaq ki, ötən ilim yanvar-iyun aylarında Azərbaycan 1 259 994,58 min dollar dəyərində 6 599 269,12 kubmetr qaz ixrac edib.