Koronavirus dövründə gəmidə həlak olan dənizçilərin cəsədlərini əksər limanlar qəbul etmir

300

Son 15 ayda ən azı 10 belə hadisə olub ki, gəmidə həlak olan dənizçinin cəsədini yaxın limanda qəbul etməkdən imtina ediblər. Beynəlxalq Nəqliyyatçılar Federasiyası (ITF) da bu məsələ ilə bağlı narahatçılığını gizlətməyib.

“Seanews.az” xəbər verir ki, limanlar imtinalarını “COVID-19”-un yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirdikləri tədbirlərlə əlaqələndirirlər.

Məsələn, cari ilin aprelində “ITAL LIBERIA” gəmisinin İtaliya vətəndaşı olan kapitanı gəmidə yeni  koronavirusdan dünyasını dəyişib. Gəmi həmin vaxt Asiya sularında olub. Heyətin təkidinə baxmayaraq, bütün yerli limanlar göyərtəsində cəsəd olan gəmini qəbul etməkdən imtina ediblər və gəmiyə İtaliyaya qayıtmağı məsləhət görüblər.

Aprelin 19-da isə “VANTAGE WAVE” gəmisinin kapitanı qəfil ürək çatışmazlığından vəfat edib. Ölümün səbəbi “COVID-19” olmasa da, sahildə Rumıniya vətəndaşı olan kapitanın cəsədini qəbul etməkdən imtina ediblər. Gəmi Çinin ərazi sularında lövbərdə dayanıb və mayın 7-dən yerli hakimiyyətdən təlimat gözləyir.