Göyərtəsində Estoniya prezidentinin də olduğu gəmi-bərə qəza törədib

30

Estoniyanın Virtsu-Kuivastu xəttində səfərlər edən “Tıll” gəmi-bərəsi dünən günortadan sonra körpüyə çırpılıb. Hadisə baş verərkən Estoniya prezidenti Kersti Kaljulayd da gəmi-bərədə olub.

“Seanews.az” xəbər verir ki, Kuivastu limanında qeydə alınan hadisədən xəsarət alan olmasa da, gəmi-bərəyə və körpüyə ziyan dəyib.

Estoniya dövlət başçısının ictimaiyyətlə əlaqələr üzrə müşaviri Taavi Linnamyaz hadisə baş verərkən prezidentin bərədə olduğunu təsdiqləməklə yanaşı, qəza nəticəsində ölkə rəhbərinin avtomobilinə ziyan dəydiyini də söyləyib.