BP AYDS-i layihəsi üzrə ictimaiyyətlə açıq virtual görüş keçirəcək

214

BP Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üzrə hazırlanmış Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirir.

“BP Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, şirkət bütün maraqlı tərəfləri 28 iyul 2021-ci il tarixində saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək görüşdə iştirak etməyə dəvət edir.

ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 1 iyul 2021-ci il tarixindən BP-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:

ƏMSSTQ sənədi: https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/esias/swap/swap_bhex_esia_aze_290621.pdf

Rəy forması: https://go.bp.com/bAB8G

Qeyd edək ki, görüş zamanı BP tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri həmçinin esiafeedback@bp.com elektron ünvanına göndərməklə də təqdim etmək olar.