Trans-Adriatik qaz kəmərinin (TAP) illik buraxılış gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi üzrə 2019-cu ildə başlamış sınaqlar başa çatıb və bununla bağlı hər hansı bir öhdəlik yaradan təklif daxil olmayıb.
Bu barədə Trend-ə TAP-ın kommersiya şöbəsindən bildiriblər.
Qeyd olunub ki, bu cür sınaqlar iki ildən bir keçirilir və indi maraqlı tərəflər iyulun 12-də başlamış sınaqlarda iştirak edə bilər.
TAP konsorsiumu iyulun 12-dən etibarən təbii qaz tədarükçülərinə layihəyə maraq oyatmaq, növbəti mərhələlərdə isə TAP-ın nəql güclərinə qoşulmaq üçün imkan yaradacaq yeni sınaqlara başlayıb.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlayıb. Bu günədək 3 milyard kubmetrə yaxın qaz nəql olunub.