Lüks ekspedisiya gəmisi ilk səfərinə çıxıb

239

Lüks kəşfiyyat gəmisi “Crystal Endeavor” İslandiyanın Reykyavik şəhərindən ilk səfərinə çıxıb.

“Seanews.az” xəbər verir ki, gəminin səfəri 10 gün davam edəcək.

“Crystal Endeavor” pandemiya dövründə Şimali Avropa və Şimal Qütbündə kəşfə çıxan ilk gəmi olacaq.

Qeyd edək ki, “Crystal Endeavor” “Crystal Cruises” şirkətinə məxsusdur. Ötən il inşa olunan lüks ekspedisiya gəmisinin uzunluğu 183, eni 20 metrdir.  Göyərtəsinə ümumilikdə 200 nəfər götürmək imkanına malikdir.