“Caspian Drilling Company Limited” MMC Bakıda Dəniz Təchizat və Logistika Bazasında yığılan “Satti” özüqalxan üzən qazma qurğusunun modifikasiyasını başa çatdırıb.
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, modifikasiya onun yükqaldırma imkanlarını 453 tondan 680 tona qədər artırılmasına imkan verib.
Bununla da qurğunun rəqabətliliyini də artırılıb.
Hazırda qazma qurğusu 6 000 metr dərinlikdə neft və qaz quyularını səmərəli qazma qabiliyyətinə malikdir.
“Satti” qazma qurğularının təkmilləşdirilməsini və tikintisini də böyük təcrübəyə malik “Caspian Drilling Company LTD.” Bakıda, ona məxsus “CDC Dəniz Təchizat və Logistika Bazası”nda aparacaq. Təkmilləşdirilmə yekunlaşdıqdan sonra “Caspian Drilling Company LTD.” qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.
Müqaviləyə əsasən, qazma qurğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi dayazsulu “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, SOCAR və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti arasında yanvarın 26-da Bakıda imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, “Caspian Drilling Company LTD.” MMC-nin baş direktoru Fərid Axundov və “KMG Drilling & Services” şirkətinin baş direktoru Andar Şukputov tərəfindən fevralın 16-da Astanada “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.