Xəzər dənizində kruiz xətti açmaq imkanları nəzərdən keçirilib

65

Nur-Sultanda Qazaxıstanın Baş naziri Askar Maminin Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

“Seanews.az” xəbər verir ki, görüş zamanı  ticarət, iqtisadi, investisiya, sənaye, nəqliyyat, turizm, mədəni və humanitar sahələrdə sərhədyanı əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

Həştərxan vilayətinin gəmiqayırma müəssisələrinin təcrübəsi nəzərə alınaraq sənaye kooperasiya layihələrinin inkişafı perspektivi ilə gəmiqayırma sektorunda əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzərdə dəniz gəzintisi məqsədi ilə Aktau və Həştərxan şəhərləri arasında kruiz xətti açmaq imkanları da nəzərdən keçirilib.