Belçikada “MSC Joy” konteyner gəmisinin “rus heyətli” xarici dənizçiləri peyvənd edilib. Belçika hakimiyyət nümayəndələrinin dediyinə görə, yük gəmilərinin dənizçiləri pandemiyadan daha çox zərər çəkiblər.
“Seanews.az” xəbər verir ki, xarici dənizçilərin peyvənd edilməsi “MSC Joy” konteyner gəmisinin yan aldığı Zebryuqe limanında baş tutub.
Peyvənd əməliyyatı bir həkim və iki tibb bacısından ibarət səyyar tibbi qrupların iştirakı ilə pulsuz həyata keçirilir. Tək Bir dozası kifayət etdiyi üçün ilk növbədə “Johnson & Johnson” şirkətinin peyvənd məhsulundan istifadə ediləcək.
Peyvəndləmə Antverpen, Gent və Zebryuqe limanlarında təşkil edilib. Gəmi limana gəlməzdən bir gün əvvəl kapitan peyvənd olunmaq istəyən heyət üzvlərinin sayı barədə məlumat verməlidir.
Belçika Baş Nazirinin dəniz nəqliyyatına cavabdeh olan müavini Vinsent Van Kvikenbornun dediyinə görə, ölkəsinin limanlarına hər il təxminən 80 min dənizçinin çalışdığı 5.5 mindən çox müxtəlif gəmi daxil olur.